Misir, Avropa İttifaqı və İsrail arasında qaz tədarükünə dair sənəd imzalanıb

Tokio, 16 iyun , /AJMEDIA/

Qahirədə keçirilən Şərqi Aralıq Dənizi Qaz Forumu çərçivəsində Misir, İsrail və Avropa İttifaqı (Aİ) arasında Avropaya qaz tədarükünə dair anlaşma memorandumu imzalanıb. Sənədi Misirin neft və mineral ehtiyatlar naziri Tarik Molla, Aİ-nin enerji komissarı Kadri Simson və İsrailin enerji naziri Karine Elharrar imzalayıblar.
AJMEDIA xəbər verir ki, sənədin imzalanması mərasimindən sonra jurnalistlərə müsahibə verən Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Misir və İsrailin Aİ-nin enerji təhlükəsizliyində mühüm rol oynayacağını deyib. O əlavə edib ki, iki ildən sonra imzalanmış sənədin müddəti avtomatik olaraq daha üç il uzadılacaq.
Misir və İsrail nazirlərinin mətbuat konfransında qeyd olunub ki, bu ölkələri Ukraynada müharibə ilə əlaqədar ağır enerji böhranı yaşayan Avropa ölkələrinə təbii qaz tədarükünü artıracaqlar. Eyni zamanda, Misir İdku və Damietta zavodları vasitəsilə Aİ-yə 12 milyon ton sıxılmış maye qaz (LNG) ixrac edəcək. İsrail isə özünün Leviatan və Tamar yataqlarında hasil olunan qazı Misir şirkəti ilə birgə Avropaya nəql edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts