Məşhur beynəlxalq sirk proqramı “DZİVA” Bakıda

Tokio, 26 yanvar , /AJMEDIA/

Bakı Dövlət Sirki bütün fəsillərdə olduğu kimi, yaz aylarında da öz fəaliyyətini yaddaqalan edəcək. Belə ki, mart ayının 1-dən başlayaraq “DZİVA” adlı beynəlxalq sirk proqramı nümayiş olunacaq. Proqram aprel ayının 30-dək davam edəcək.
Bu barədə AJMEDIA-ya Bakı Dövlət Sirkindən məlumat verilib.
“DZİVA” adlı sirk proqramının süjet xəttinin əsasını heyvanların – şir və pələnglərin şousu təşkil edəcək. Digər heyvanlardan itlərin də çıxışlarına xüsusi yer veriləcək. Dünyanın ən tanınmış klounlarının da çıxışı proqramı unudulmaz edəcək.
Bundan başqa, hava gimnastlarının qeyri-adi fərdi və kollektiv fəndləri, halqa şousu, dünyaşöhrətli janqlyorun, akrobatların sirkin manejində kollektiv çıxışları kimi digər nömrələr də göstəriləcək. Proqramın təşkilatçısı azərbaycanlı sirk ustası Allahverdi İsrafilovdur.
Qeyd edək ki, proqramda dünya sirk sənətinin aparıcı janrlarına xüsusi yer verilib.
Biletləri şəhərin bütün kassalarından və İticket.az saytından onlayn əldə etmək olar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts