Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu üçün hansı sənədlər təqdim edilməlidir

Tokio, 20 iyul , /AJMEDIA/

Məktəbəqədər təhsil müəssisəsinə qəbul üçün şəxsi kabinetdən çap olunmuş elektron ərizə, valideynin və ya digər qanuni nümayəndənin şəxsiyyətini təsdiq edən sənədin surəti, uşaqların mübadilə vərəqəsi, uşağın şəxsiyyət vəsiqəsinin surəti, uşağın 3×4 sm ölçüdə 2 ədəd şəkil, uşağın sağlamlığının vəziyyəti barədə tibbi arayış tələb olunur.
Bu barədə AJMEDIA-ya Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, valideyn (qanuni nümayəndə) qeyd olunan sənədləri məktəbəqədər təhsil müəssisəsinə təqdim etməlidir.
Xatırladaq ki, uşaqların qəbulu “Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi” (www.bq.edu.az) vasitəsilə həyata keçirilir. İyulun 18-dən etibarən 2022-2023-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu prosesinə start verilib. Proses sentyabrın 14-dək davam edəcək. Elektron qəbul sistemi 15-21 sentyabrda qrupların komplektləşdirilməsi səbəbindən müvəqqəti dayandırılacaq. Bu proses bitdikdən sonra uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts