Lvov və Vinnitsa vilayətləri raket hücumuna məruz qalıb

Tokio, 25 aprel , /AJMEDIA/

Ukraynanın bir sıra şəhərləri və yaşayış məntəqələri aprelin 25-si səhər saatlarında raket hücumuna məruz qalıb.
AJMEDIA xəbər verir ki, Ukraynanın Lvov və Vinnitsa vilayətlərinin ərazilərində partlayış səsləri eşidilib. Bu barədə hər iki vilayətin administrasiyaları məlumat yayıb.
Məlumata görə, hər iki vilayətin bir neçə məntəqəsinə raket zərbəsi endirilib. Raket zərbələri nəticəsində ölən və yaralananların olub-olmadığı araşdırılır.
Raketlərin Qara dənizdən atıldığı müəyyən edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts