Los Anceles beynəlxalq hava limanında avtobus təyyarə ilə toqquşub

Tokio, 11 fevral , /AJMEDIA/

Dünən axşam Kaliforniya ştatı Los Anceles beynəlxalq hava limanında avtobus təyyarə ilə toqquşub.

AJMEDIA xəbər verir ki, bu barədə hava limanının Tvitter səhifəsində məlumat paylaşılıb.

“Bu gün axşam eniş qapısından dayanacağa yedəklənən təyyarə marşrut avtobusu ilə toqquşub, nəticədə beşə yaxın insan xəsarət alıb”, – məlumatda deyilir.

CBS telekanalının verdiyi məlumata görə, təyyarə “American Airlines” aviaşirkətinə məxsusdur. Hadisə haqqında məlumatın yerli vaxtla saat 22:15 radələrində daxil olduğu deyilir. Toqquşmanın səbəbi naməlum olaraq qalır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts