Londonda III Çarlzın tacqoyma mərasimi keçirilir

Tokio, 7 may , /AJMEDIA/

Londondakı Westminster abbatlığında Böyük Britaniya kralı III Çarlzın tacqoyma mərasimi keçirilir.
AJMEDIA xəbər verir ki, iki saatlıq kulminasiya anında İngiltərə kilsəsinin mənəvi rəhbəri Canterbury arxiyepiskopu Castin Uelbi kral tacını III Çarlzın başına qoyub.
XVII əsrdə təmiz qızıldan hazırlanan və 400-dən çox qiymətli daşla bəzədilən tac 2,2 kiloqram ağırlığındadır. O, II Çarlzdan (1630-1685) başlayaraq, bütün monarxların tacqoyma mərasimində istifadə olunub.
Tacqoyma mərasimi şərəfinə 400-dən çox hərbçi Birləşmiş Krallığın 13 müxtəlif nöqtəsindən – London, Belfast, Kardif və Edinburqdan – Hərbi Dəniz Qüvvələri gəmilərinin göyərtəsindən 21 salam atəşi açacaq. Temza çayı sahilində “Tower of London” binası önündə və süvari qvardiyanın paradında 62 atəşdən ibarət artilleriya salamı veriləcək.
Mərasim III Çarlzın taxta çıxması ilə yekunlaşacaq. Monarx taxtda oturaraq sadiqlik andlarını qəbul edəcək. Taxtın varisi Uels şahzadəsi Uilyam atası qarşısında diz çökərək ona sadiqlik andı içəcək. Bundan sonra xalq təzimi başlayacaq – qonaqlar və mərasimi ekrandan izləyən Böyük Britaniya vətəndaşları krala beyət edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts