Kiyev AFR Prezidentini Ukrayna rəhbərliyi tərəfindən qəbul üçün arzuolunmaz şəxslər siyahısına aid edib

Tokio, 13 aprel , /AJMEDIA/

Varşavada səfərdə olan Almaniyanın federal Prezidenti Frank-Valter Ştaynmayer bildirib ki, o, özünün polşalı həmkarı Andjey Dudanın təklifi ilə onunla və Baltikyanı dövlətlərin başçıları ilə bərabər Kiyevə, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşə getməyə hazırdır. Lakin Kiyev onun potensial səfərini “arzuolunmaz” adlandırıb.

AJMEDIA xəbər verir ki, Almaniya Prezidentinin sözlərinə görə, o, Avropa ilə Ukraynanın həmrəyliyi barədə güclü siqnal göndərməli idi.

“Mən Kiyevə getməyə hazır idim, lakin, görünür Kiyevdə bunu istəməyiblər”, – deyə o, jurnalistlərə müsahibəsində bildirib.

Mətbuat Zelenskinin Ştaynmayeri qəbul etməkdən imtina səbəbi kimi Almaniya prezidentinin Kreml rəhbərliyi ilə məlum əlaqələrini adlandırır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts