Kitab oxumaq mənəvi zənginlikdir

Tokio, 9 aprel , /AJMEDIA/

Şamaxıda rayon Mədəniyyət Mərkəzinin və “Müasir İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı, rayon icra hakimiyyətinin dəstəyi ilə “Oxuyaq, öyrənək, öyrədək” layihəsi çərçivəsində tədbir keçirilib.

AJMEDIA-nın məlumatına görə, AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə “Müasir İnkişaf” İctimai Birliyinin sədri, AMEA-nın şöbə müdiri Mübariz Göyüşlü, Azərbaycan Pedaqoji Universitetinin Şamaxı filialının müəllimi Çingiz Dadaşov, rayon icra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səbuhi Həsənov çıxış edərək daim inkişaf edən və dəyişən müasirliklə ayaqlaşmaq üçün insanın davamlı olaraq mütaliə etməyinin, öyrənməli və özünü təkmilləşdirməyinin zəruri olduğunu bildiriblər. Çıxışçılar kitab oxumağın faydalarından danışaraq, bunun mənəvi cəhətdən zövqlərin formalaşdırdığını, özünü inkişaf etdirmə prosesi olduğunu, son dövrlərdə gənclərin mütaliəyə marağının artdığını vurğulayıblar.

Qeyd olunub ki, kitab oxumaq mənəvi zənginlikdir, insanlarla münasibətdə, gündəlik hadisələrə baxış tərzində, qərarların verilməsində və sair məsələlərdə də mühüm rol oynayan əsas amillərdən biridir. Əyləncə məkanlarında vaxtlarını keçirən gənclər bu vaxtı kitabxanalarda kitab oxumağa ayırsalar, cəmiyyətin ümumi düşüncə səviyyəsi daha da yüksələr.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts