Keçmiş Roma Papası XVI Benedikt vəfat edib

Tokio, 31 dekabr , /AJMEDIA/

Roma Katolik Kilsəsinin keçmiş rəhbəri XVI Benedikt vəfat edib.
AJMEDIA xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkən 95 yaşlı Papa Benedikt bu gün Vatikanın “Mater Ecclesiae” monastırında dünyasını dəyişib. Yanvarın 2-də səhər saatlarından etibarən Papa XVI Benediktin nəşi Vatikanın Müqəddəs Pyotr Bazilikasında olacaq.
Qeyd edək ki, Papa Benedikt altı əsrdir mövcud olan bu vəzifədən 2013-cü ildə istefa verən ilk papa kimi tarixə düşüb. O, təqaüdə çıxdıqdan sonra Vatikandakı kilsələrin birində yaşayırdı.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts