İtaliya Türkiyəyə səhra xəstəxanası göndərir

Tokio, 10 fevral , /AJMEDIA/

İtaliya donanmasına məxsus gəmi ilə Türkiyəyə səhra xəstəxanası göndəriləcək.
AJMEDIA xəbər verir ki, səhiyyə xidmətlərinin göstəriləcəyi səhra xəstəxanası, həmçinin lazımi ilkin tibbi yardım materialları ilə təchiz olunub.
Bundan başqa, İtaliya zəlzələlərin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Türkiyəyə yanğınsöndürənlər və səhiyyə işçilərindən ibarət briqada göndərib. Bu qrup ümumilikdə 60 nəfərlik yüksəkixtisaslı mütəxəssisdən və koordinasiya üçün mülki müdafiə qüvvələrinin 10-dək şəxsi heyətindən ibarətdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts