İsveçin hakim sosial-demokratlar partiyası ölkənin NATO-ya üzvlüyünə razılıq verib

Tokio, 16 may , /AJMEDIA/

İsveçin hakim sosial-demokratlar partiyası tarixi dönüş edərək, ölkənin NATO-ya üzvlüyünə razılıq verib.
AJMEDIA xəbər verir ki, mayın 15-də keçirilən iclasda partiyanın idarə heyəti müvafiq qərarı qəbul edib.
“Biz hesab edirik ki, İsveç üçün və İsveç xalqının təhlükəsizliyi üçün ən düzgün qərar NATO-ya üzv olmaqdır”, – deyə Krallığın baş naziri Maqdalena Andersson deyib.
Xatırladaq ki, mayın 13-də İsveçdə siyasi partiyalararası parlamentin təhlükəsizlik hesabatı ictimaiyyətə təqdim olunub. Hesabata əsasən, NATO-ya üzvlük Krallığın təhlükəsizlik səviyyəsini artıracaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts