İstanbulda törədilən terror aktı ilə bağlı 17 şübhəli həbs edilib

Tokio, 18 noyabr , /AJMEDIA/

İstanbulun İstiqlal prospektində törədilən terror aktı ilə bağlı hakim qarşısına çıxarılan 17 şübhəli həbs edilib. Onların arasında qanlı hadisəni həyata keçirən terrorçu Əhlam Əlbəşir də var.
AJMEDIA xəbər verir ki, hadisə ilə bağlı bu günədək 51 şübhəli saxlanılıb.
Partlayışla əlaqədar İstanbul Respublika Baş Prokurorluğunun başlatdığı istintaqa ikisi baş prokurorun müavini olmaqla on prokuror cəlb edilib.
Xatırladaq ki, noyabrın 13-də İstanbulun Taksim meydanı yaxınlığındakı İstiqlal prospektində terror aktı törədilib. Hadisə nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts