İstanbulda 1500 illik yeraltı keçid tapılıb

Tokio, 10 aprel , /AJMEDIA/

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) Polyeuktos kilsəsinin qalıqları içərisində apardığı qazıntılar nəticəsində 1500 illik tarixə malik yeraltı keçid aşkar edilib.

AJMEDIA-nın məlumatına görə, Saraçhane Arxeologiya Parkında yerləşən və Ayasofyadan əvvəl tikilmiş 1500 illik Polyeuktos kilsəsi ərazisində arxeoloji qazıntılar davam edir.

Yeraltı dəhlizin içərisində mərmərlə formaya salınmış, relyeflərlə bəzədilmiş mozaika və daş hörgüləri tapılıb.

Bələdiyyə sədrinin müavini Mahir Polat tikilinin İstanbulda zəlzələ tədqiqatları üçün dəyərli nümunə olduğunu vurğulayıb.

O, həmçinin, Saraçhane Arxeologiya Parkının bir ay sonra istifadəyə veriləcəyini açıqlayıb.

Qeyd edək ki, arxeoloji qazıntı işlərinə 2022-cidə başlanılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts