İslamabad bu məsələdə də Ankaranın yanındadır

Tokio, 11 aprel , /AJMEDIA/

“Türkiyənin prezidenti Ərdoğan şəxsən Pakistanın hərbi rəhbərliyindən xahiş edib ki, nüvə silahının istehsalı üçün aparılan texnoloji işləri onun ölkəsi ilə bölüşsünlər”. Bu barədə Hindistanın Zee News India nəşri yazır və bildirilir ki, Türkiyə və Pakistan arasında İslamabadın Ankaraya nüvə-raket texnologiyalarını verməsi ətrafında danışıqlar aparılır. Həmçinin bildirilir ki, nüvə müzakirəsi hələ 2020-ci ilin dekabrında bu ölkələrin birgə keçirdikləri “Ali hərbi dialoq” mövzusundakı iclasda da qaldırılıb.
Rəcəb Tayyib Ərdoğan Pakistanın quru qoşunlarının rəisi Kamar Caved Bacvadan şəxsən xahiş edib ki…
Ankaradakı danışıqlarda Türkiyə tərəfini Silahlı Qüvvələr Baş Qərargahının rəis müavini, general Selcuk Bayraktaroğlu, Pakistan tərəfini isə müdafiə məsələləri üzrə dövlət katibi, general Mian Muhamməd Hilal Husseyn təmsil ediblər.
Hind nəşri yazır ki, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Pakistanın quru qoşunlarının rəisi Kamar Caved Bacvadan şəxsən xahiş edib ki, nüvə texnologiyaları ilə bağlı aparılan işləri və istehsal məsələlərini Türkiyə ilə bölüşsünlər və Pakistan tərəfi də buna razılıq verib. Adıçəkilən nəşr həmçinin bildirir ki, pakistanlı alimlər türk tərəfinə raketlərin gücünün artırılması yönündə yardımlarını əsirgəmirlər.
Artıq Türkiyənin Pakistanın istehsal etdiyi və nüvə başlığı üçün mühüm olan bir miqdar sentrifuq məhsulu da var
Qeyd edək ki, Türkiyənin nüvə başlığı istehsalı ilə bağlı hazırlıq prosesinə başlaması daha əvvəllər də bildirilirdi. Artıq Türkiyənin Pakistanın istehsal etdiyi və nüvə başlığı üçün mühüm olan bir miqdar sentrifuq məhsulu da var. Həmçinin indidən ehtimal etmək olar ki, Türkiyə regiondakı təsirini və gücünü artırıb. Bu gün dünyanın aparıcı və hegemon dövlətləri bir çox qlobal siyasi məsələlərdə Ankara ilə hesablaşır, Türkiyənin müxtəlif miqyaslı problemlərdə vasitəçilik və s missiyaları öz önəmliyi ilə seçilir. Belə olan halda Türkiyənin həm də nüvə dövlətinə çevrilməsi mümkünlüyü Ankaranın dünyadakı yerini və rolunu daha da artıracaq.
Pakistana gəldikdə isə bu ölkə 1998-ci ildə özünün nüvə sınaqlarını uğurla keçirib. Üstəlik, bu sınaqlar Hindistanın nüvə sınaqları keçirməsindən iki həftə sonra baş verib. Məhz həmin vaxt Pakistan dünyaya bəyan etdi ki, artıq bu dövlət də nüvə gücünə malikdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts