İslam İnkişaf Bankının missiyası KOBİA-da olub

Tokio, 19 dekabr, /AJMEDIA/

Azərbaycanda səfərdə olan İslam İnkişaf Bankının biznesin inkişafı və araşdırma missiyası Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olub.

AJMEDIA xəbər verir ki, KOBİA-dan AZƏRTAC-a bildirilib ki, agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədovun İslam İnkişaf Bankının missiyasının rəhbəri, ölkə üzrə menecer Fərid Xanla görüşündə Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın inkişafı, KOB-lara dəstək tədbirləri, o cümlədən agentliyin sahibkarlara göstərdiyi xidmətlər barədə məlumat verilib. Görüşdə bankla əməkdaşlığın genişləndirilməsi və yerli KOB-ların təşəbbüslərinin reallaşdırılmasına birgə dəstəyin göstərilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts