İranda hərbi parad keçirilib

Tokio, 18 aprel , /AJMEDIA/

Bu gün Tehranda və digər böyük şəhərlərində İran Ordusunun yaranması günü qeyd olunur.
AJMEDIA xəbər verir ki, Ordu Günü münasibətilə Tehranda keçirilən hərbi paradda İranın yeni “Fəth” reaktiv yaylım atəşi sistemi nümayiş olunub.
Yüksək rütbəli generalların da iştirak etdiyi hərbi paradda çıxış edən Prezident İbrahim Rəisi bəyan edib ki, İran Ordusu sanksiyalara baxmayaraq, böyük inkişaf yolu keçərək qüdrətlənib. Bu gün ordumuz yalnız regionda deyil, bütün dünyada tanınır. Prezident bildirib ki, ordu xalqı və inqilabın nailiyyətlərini qorumaq üçün daha da güclənməlidir.
İran Prezidenti nəzərə çatdırıb ki, rəsmi Tehran heç bir zaman silahlı münaqişələr və müharibə istəyində olmayıb. Lakin xalqın mənafeyini və İslam inqilabının varlığını qorumaq üçün güclü ordumuz olmalıdır. Güclü ordu dövlətin və xalqın varlığı deməkdir.
Hərbi paradda İran Ordusunun müasir silahları, tankları, raket sistemləri, piyada döyüş maşınları, pilotsuz uçan aparatlar və digər hərbi texnika, eləcə də sursatlar nümayiş olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts