İranda binanın çökməsi nəticəsində ölənlərin sayı artıb

Tokio, 24 may , /AJMEDIA/

İranın Abadan şəhərində 11 mərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 6–ya, yaralananların sayı isə 28-ə çatıb.
AJMEDIA yerli mətbuata istinadla xəbər verir ki, xilasedicilər dağıntılar altında qalanların axtarışını hələ də davam edirlər.
Dağıntılar altından bir neçə cəsəd çıxarılıb. Ehtimal olunur ki, uçqun altında yenə də qalanlar var.
Qeyd edək ki, binanın çökməsi ilə əlaqədar Tehran şəhər prokurorluğunda cinayət işi açılıb. Binanın sahibi həbs edilib. Faktla bağlı istintaq aparılır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts