İran və Ukrayna arasında gərginlik

Tokio, 18 aprel , /AJMEDIA/

İranla Ukrayna arasında gərginlik yaşanır.

AJMEDIA-nın məlumatına görə, Ukraynanın İrandakı səfiri bildirib ki, İran Rusiyanın Ukraynaya qarşı müharibəsində Ukrayna üçün heç nə etməyib.

İran XİN sözçüsü Səid Xətibzadə cavab olaraq səfirə onlara ünvanlanan təşəkkür tvitlərini oxumağı məsləhət görüb.

“Səfir yaxşı olar ki, Ukrayna XİN-nin tvitlərini oxusun, orada etdiyimiz kömək üçün İrana da təşəkkür edilir”, – deyə Xətibzadə bildirib.

Bundan əvvəl isə Qərb mediası iddia edirdi ki, İran müharibədə Rusiyaya silah gətirilməsinə kömək edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts