İran parlamentinin sədri keçmiş deputatı məhkəməyə verəcək

Tokio, 27 aprel , /AJMEDIA/

İran İslam Şurası Məclisinin (parlamentin) sədri Məməmmədbağır Qalibaf keçmiş məclis üzvü Cəfərzadə Aymanabadini məhkəməyə verəcək.
AJMEDIA “Mehr” agentliyinə istinadla xəbər verir ki, İran parlamentinin sədri M.Qalibafın qızı və kürəkəninin Novruz bayramı tətillərində Türkiyəyə gəzməyə gedərək alış-veriş etməsi ona baha başa gəlir.
Məsələnin mahiyyəti ondan ibarətdir ki, Türkiyədən qayıdan spikerin ailə üzvləri sosial şəbəkələrdə dəbdəbəli həyat tərzini əks etdirən fotolar paylaşıblar. Bu fotolar mətbuatda yayılıb və ictimaiyyət tərəfindən heç də yaxşı qarşılanmayıb. Bəzi mətbuat orqanları qeyd edib ki, ölkədə infilyasiyanın artdığı, qiymətlərin yüksəldiyi və əhalinin sosial vəziyətinin pisləşdiyi bir dövrdə spikerin ailəsinin bu cür dəbdəbəli həyat sürməsi qəbulolunmazdır. Vəziyyətin gərginləşməsinin qarşısını almaq məqsədilə M. Qalibafın oğlu İlyas Qalibaf sosial şəbəkə üzərindən ictimaiyyətdən üzr istədi və bacısının ailəsinin hərəkətini tənqid etdi. Lakin məsələ bununla bitmədi. İran parlamentinin keçmiş üzvü Cəfərzadə Aymanabadi mətbuat orqanlarının birinə bildirib ki, parlament sədrinin qızı və kürəkəni Türkiyədə 2 mənzil alıb. O, bunu təsdiq edən faktların olduğunu bildirib. Bu iddia ilə razılaşmayan İran parlamentinin sədri keçmiş deputatı məhkəməyə verməyə hazırlaşır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts