İndoneziya və ABŞ dünya səhiyyə sisteminin ümumi maliyyələşdirilməsi barədə razılığa gəliblər

Tokio, 20 aprel , /AJMEDIA/

İndoneziya və ABŞ-ın maliyyə nazirləri dünya səhiyyə sisteminin birlikdə maliyyələşdirilməsi və qlobal energetikaya keçid barədə razılığa gəliblər.
AJMEDIA xəbər verir ki, bu barədə aprelin 20-də İndoneziyanın maliyyə naziri Sri Mulyani İndravati öz instaqram səhifəsində yazıb.
“Biz ABŞ-ın maliyyə naziri Canet Yellen ilə koronavirus pandemiyasından sonra və geopolitoloji dəyişikliklər fonunda dünya iqtisadiyyatının bərpası və inkişafı dinamikasını müzakirə etdik. İndoneziya və ABŞ gələcəkdə yeni mümkün pandemiyaların əmələ gəlməsini nəzərə alaraq, energetika yanaşması və qlobal səhiyyə sisteminin arxitekturası da daxil olmaqla iqlim dəyişmələrinin nəticələri ilə mübarizəni maliyyələşdirmək üçün vəzifələri bölüşmək barədə razılığa gəldi”, – deyə nazir qeyd edib.
Qeyd edək ki, İndoneziyanın maliyyə naziri G20 ölkələrinin maliyyə nazirlərinin iclasında iştirak üçün hazırda Vaşinqtonda səfərdədir. Cari ildə İndoneziya G20-yə sədrlik edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts