İndiyədək Qəzzadan Türkiyəyə 1359 nəfər təxliyə edilib

Tokio, 14 fevral , /AJMEDIA/

Qəzza zolağından Türkiyəyə təxliyə olunan insanların sayı 1359 nəfərə çatıb. Onlar Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin vətəndaşları, eləcə də onların yaxınlarıdır. Daha 1097 nəfərin təxliyəsi istiqamətində işlər davam edir.

AJMEDIA xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli bildirib.

Qarşıdakı III Antalya Diplomatik Forumu haqqında məlumat verən Türkiyə XİN rəsmisi bildirib ki, indiyədək tədbirdə 21 dövlət və hökumət başçısının iştirakı təsdiqlənib. Tədbirdə, həmçinin 59-u xarici işlər naziri olmaqla, 80-dən çox nazir iştirak edəcək. Ümumi iştirakçı sayının isə təxminən dörd min nəfər olacağı gözlənilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts