Hüseyn Cavid yaradıcılığının tədrisi məsələlərinə dair elmi seminar keçirilib

Tokio, 26 aprel , /AJMEDIA/

AMEA-nın Hüseyn Cavidin ev-muzeyində “Hüseyn Cavid yaradıcılığının tədrisi məsələləri” mövzusunda elmi seminar keçirilib.
Bu barədə AJMEDIA-ya muzeydən məlumat verilib. Bildirilib ki, elm və təhsilin inteqrasiyası çərçivəsində təşkil olunan tədbirdə Azərbaycan Dillər Universiteti, Odlar Yurdu Universiteti və Bakı Avrasiya Universitetinin filologiya fakültələrinin tələbələri iştirak ediblər.
Seminarda muzeyin Ekspozisiya şöbəsinin müdiri Lalə Əliyeva, Azərbaycan Dillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi filologiya üzrə fəlsəfə doktoru Nuridə Muxtarzadə, Bakı Avrasiya Universitetinin Dünya ədəbiyyatı kafedrasının müəllimi filologiya üzrə fəlsəfə doktoru Əfsanə Nağıyeva və həmin universitetin ümumi filologiya fakültəsinin müəllimi Sevinc Talıbovanın məruzələri dinlənilib.
Sonra “Hüseyn Cavid sənəti və müasir gənclik”, “Hüseyn Cavidin Avropa və Türkiyə ədəbiyyatının görkəmli nümayəndələri ilə müqayisəsi”, “Müasir çağırışlar və qloballaşma dövründə Hüseyn Cavid əsərlərinin aktuallığı” mövzularında müzakirələr aparılıb.
Tələbələrin sualları cavablandırılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts