Hulusi Akar: Taxıl dəhlizinin fəaliyyəti tam normallaşıb

Tokio, 3 noyabr , /AJMEDIA/

Rusiya taxıl müqaviləsinə qayıtdıqdan sonra Ukraynadan kənd təsərrüfatı məhsullarının ixracı üçün dəhlizin fəaliyyəti tam normallaşıb.
AJMEDIA xəbər verir ki, Türkiyənin müdafiə naziri Hulusi Akar bu barədə Habertürk telekanalına müsahibəsində deyib.
“Biz Ukraynadan yazılı zəmanət aldıqdan və Rusiya tərəfinə təqdim etdikdən sonra taxıl ixracı mexanizmi üzrə fəaliyyətinin bərpası qərara alındı. Hazırda dəniz dəhlizinin fəaliyyəti tamamilə normallaşıb”, – deyə Hulusi Akar bildirib.
Türkiyənin müdafiə naziri, həmçinin Ankaranın noyabrın 19-da başa çatacaq taxıl müqaviləsinin uzadılması ilə bağlı səylərini əsirgəməyəcəyini vurğulayıb.
Xatırladaq ki, oktyabrın 29-da Rusiya tərəfi Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının daşınmasının reallaşdırılması üzrə sazişdə iştirakını dayandırdığını elan etmişdi.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts