Hollivud ulduzu Robert De Niro 79 yaşında yeddinci dəfə ata olub

Tokio, 11 may , /AJMEDIA/

Amerikalı kino ulduzu Robert De Niro 79 yaşında yeddinci dəfə ata olduğunu deyib.
AJMEDIA xəbər verir ki, aktyor uşağın cinsiyyəti və anasının kimliyi barədə məlumat verməyib.
“PageSix” saytı uşağın anasının 2015-ci ildə “The Intern” filmində Robert De Niro ilə birlikdə rol alan və o vaxtdan aktyorla birlikdə yaşayan Tiffany Chen olduğunu yazıb.
Robert De Nironun 1976-1988-ci illər ərzində evli olduğu ilk həyat yoldaşı Diahnne Abbottdan 51 və 46 yaşlarında iki övladı, 1988-1996-cı illərdə bərabər yaşadığı Toukie Smitdən 27 yaşında əkiz uşağı və 1997-ci ildə evləndiyi Grace Hightoverdən 24 və 11 yaşlarında iki övladı var.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts