“Hinamnor” tufanı Yaponiya istiqamətində hərəkət edir

Tokio, 29 avqust , /AJMEDIA/

Sakit okeanda əmələ gələn və adını Laosun əyalətlərindən birinin adından alan “Hinamnor” tufanı Yaponiya istiqamətində hərəkət edir.
AJMEDIA xəbər verir ki, bu barədə avqustun 29-da Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Qeyd edilir ki, Yaponiyada 11 saylı tufan adını alan “Hinamnor” saatda 30 kilometr sürətlə hərəkət edir və onun avqustun 31-də cənubda yerləşən Kyuşü adasına çatacağı gözlənilir. Bununla yanaşı, onun artıq avqustun 29-da axşam saatlarında Oqasavara adalarına yaxınlaşacağı qeyd edilir.
Sinoptiklər tufanın ölkənin cənub-qərbindən şimal-qərbinə doğru geniş əraziləri əhatə edəcəyi, avqustun 31-də və sentyabrın 1-də bu yerlərdə leysan yağışların gözlənildiyi barədə xəbərdarlıq edirlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts