Hərbi təhlükə yaranarsa, NATO Polşaya 300 min əsgər göndərə bilər

Tokio, 12 mart , /AJMEDIA/

Polşa hərbi təhlükə ilə üzləşəcəyi halda, oraya NATO ölkələrinin ən azı 300 min hərbçisi göndərilə bilər.

AJMEDIA xəbər verir ki, Polşa Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general Karol Dımanovski bunu TVP İnfo telekanalına müsahibəsində deyib.

“Bunlar NATO-nun Vilnüsdə keçirilən sonuncu sammitində siyasi səviyyədə təsdiqlənən ən yeni planların müddəalarıdır. İndiyədək NATO-nun ön sıralarında 40 min əsgər var idisə, indi onların sayı 300 minə çatdırılacaq”, – deyə polşalı general ölkədə amerikalı hərbçilərin sayının artırılması ilə bağlı jurnalistin sualına cavabında bildirib.

Karol Dımanovskinin sözlərinə görə, Şimali Atlantika Alyansının yüksək hazırlıq qrupunun hərbçiləri hələ müharibə başlamadan öncə təhlükə altında olan ölkəyə gəlməlidir.

Qeyd edək ki, 2023-cü ilin iyul ayında Vilnüsdə keçirilən sammitdə NATO liderləri alyansın şərq cinahına 300 min hərbçinin yerləşdirilməsi və müdafiə təchizatının əhəmiyyətli dərəcədə genişləndirilməsi planını təsdiqləyiblər.

Martın 11-də Polşanın dövlət başçısı Anjey Duda Milli Təhlükəsizlik Şurasının iclasında ölkədəki Amerika hərbi kontingentinin sayının artırılmalı olduğunu bildirib. Elə həmin gün ABŞ Prezidenti Cozef Bayden Polşa sərhədində əlavə qüvvəyə ehtiyac olmadığını açıqlayıb. Amerikanın Varşavadakı səfiri Mark Bjezinski isə Polşa ərazisində 10 mindən çox amerikalı hərbçinin dislokasiya olunduğunu deyib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts