Gürcüstanda koronavirusdan ölənlərin sayı 11 mini ötüb

Tokio, 15 Noyabr, /AJMEDIA/

Gürcüstanda son sutkada daha 1820 nəfər koronavirusa yoluxub, 82 nəfər isə pandemiyanın qurbanı olub.

AJMEDIA xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi stopgov.ge saytında məlumat verilir.

Bildirilir ki, bununla da, ölkədə COVID-19 virusuna yoluxanların ümumi sayı 785 911-ə, sağalanların sayı 722 399-a, bu virusdan ölənlərin sayı isə 11057-yə çatıb.

Ölkədə gündəlik yoluxma ümumi əhalinin 9,01 faizini, həftəlik yoluxma 9,52 faizini, son 14 gündə isə 9,97 faizini təşkil edib.

Hazırda ölkədə 52 429 aktiv koronavirus xəstəsi var.

Bundan başqa, 1191 nəfər klinik otellərdə, 51 nəfər karantin rejimində, 48 612 nəfər isə özünütəcrid rejimindədir.

Bu günədək Gürcüstanda 2 048 393 nəfər koronavirusa qarşı peyvənd olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts