Gürcüstanda daha bir kilsə qarət olunub

Tokio, 3 yanvar , /AJMEDIA/

Gürcüstanın qərbindəki Sameqrelo-Zemo Svaneti bölgəsindəki Martvili şəhərində Müqəddəs Məryəm kilsəsi qarət edilib.
AJMEDIA yerli KİV-lərə istinadla xəbər verir ki, məbədə pəncərədən daxil olan oğrular əsas ikonanı, gümüş şamdanları və ianə qutusundan xeyli pul aparıblar.
Qeyd edək ki, bu son 6 ayda ikinci kilsədir qarət olunur.
Bundan əvvəl, ötən il noyabrın 25-də Gürcüstanı şoka salan hadisə olmuşdu. İki nəfər Xaşuri bələdiyyəsinin Tsxramuxa kəndində monastıra girərək yaşlı rahibəyə hücum ediblər. Qadını hədələyərək ondan pul və qızıl-zinət əşyaları tələb ediblər.
Cinayətkarlar onların tələbini yerinə yetirməyən rahibəni döyüb və zorlayıblar. Sonra onlar ianə qutularını oğurlayaraq hadisə yerindən qaçıblar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts