Gürcüstan hökumətinin tərkibində ciddi dəyişikliklər olmayacaq

Tokio, 1 fevral , /AJMEDIA/

Gürcüstan hökumətində köklü dəyişikliklər və ya yenilənmə planlarımız yoxdur, nazirlərin siyahısında da ciddi dəyişikliklər olmayacaq.

AJMEDIA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın yeni Baş nazir postuna namizəd İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, hökumətin yeni inkişaf proqramı və Nazirlər Kabinetinin yenilənmiş siyahısı təsdiq üçün cümə günü parlamentə təqdim olunacaq.

“Mən hökumətin hər bir üzvünü qalmağa dəvət etdim və yalnız müdafiə naziri Cuanşer Burçuladze başqa sahəyə getmək istədiyi üçün öz postunda qalmaq istəməyib. Mən onun qərarına hörmətlə yanaşıram və buna görə də hökumətdə yeganə dəyişiklik olacaq. Gürcüstanın müdafiə naziri vəzifəsinə isə İrakli Çikovaninin namizədliyi təqdim ediləcək”, – deyə Kobaxidze qeyd edib.

Gürcüstan Konstitusiyasına görə, baş nazirin səlahiyyətləri onun istefasından dərhal sonra başa çatır və hökumət yeni baş nazir təyin olunana qədər öz vəzifələrinin icrasına davam edir. Hökumət başçısının vəzifələri Baş nazirin birinci müavininə həvalə edilir.

Parlamentin yeni baş naziri və onun təmsil etdiyi hökuməti təsdiqləmək üçün iki həftə vaxtı var. Etimad qazanmaq üçün hökumət ən azı 76 parlament üzvünün dəstəyini almalıdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts