G7 ölkələrinin liderləri Rusiya-Ukrayna münaqişəsini müzakirə edəcək

Tokio, 23 fevral , /AJMEDIA/

“Böyük Yeddilik” (G7) ölkələrinin dövlət və hökumət başçıları Rusiya-Ukrayna münaqişəsini müzakirə edəcəklər.

AJMEDIA xəbər verir ki, İtaliyanın G7-yə sədrliyi çərçivəsində fevralın 24-də Rusiya-Ukrayna münaqişəsinin ikinci ildönümü ilə əlaqədar “Böyük Yeddilik” ölkələri liderlərinin videokonfrans formatında iclası keçiriləcək.

İtaliyanın Baş naziri Ciorcia Meloninin sədrliyi ilə keçiriləcək iclasda Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı da gözlənilir.

İclasdan sonra birgə bəyanat qəbul ediləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts