G7 ölkələri Ukraynaya 24 milyard dollardan çox yardım ayrılacağını elan edib

Tokio, 21 aprel , /AJMEDIA/

“Böyük yeddilik” ölkələrinin maliyyə nazirləri 2022-ci il üçün Ukraynaya 24 milyard dollardan çox əlavə yardım ayrılacağını elan edib və ehtiyac yaranacağı təqdirdə onu artırmağa hazır olduqlarını bildiriblər.
AJMEDIA Reuters informasiya agentliyinə istinadla xəbər verir ki, nazirlərin bəyanatında, həmçinin Rusiyanın beynəlxalq forumlarda, o cümlədən “Böyük iyirmiliyin”, Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının bu həftə keçiriləcək iclaslarında iştirakından təəssüf ifadə olunur. Eyni zamanda, sənəddə tərəfdaş ölkələrlə birgə Ukrayna ətrafında vəziyyətin yaratdığı iqtisadi çətinliklərlə mübarizə aparmağa davam ediləcəyi vurğulanıb.
G7 ölkələrinin maliyyə nazirləri beynəlxalq maliyyə institutlarını ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı istehsalına dəstəyi təcili artırmağa və ən həssas ölkələrə yardım göstərməyə çağırıb.
Qeyd edək ki, bir müddət öncə Almaniya kansleri Olaf Şolts “Böyük yeddilik” ölkələrinin Ukraynaya 50 milyard avro vəd etdiyini və onun böyük hissəsinin artıq əllərində olduğunu, qalan hissəsinin isə tezliklə toplanacağını bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts