Gəmi qəzaya uğradı: Ölənlər var

Tokio, 3 aprel , /AJMEDIA/

İspaniyanın şimalındakı Kantabriya muxtar icmasının sahillərində gəmi batıb. Hadisə nəticəsində ən azı iki nəfər ölüb, bir nəfər isə itkin düşüb.

AJMEDIA xarici mediaya istinadən xəbər verir ki, bu barədə region hökumətinin başçısı Migel Anxel Revilya tviterdə yazıb.

“Bu səhər yerli vaxtla saat 05:30-da “Villaboa 1″ gəmisi Kabo-Mayor sahillərində qəzaya uğrayıb”, – deyə o bildirib.

Onun sözlərinə görə, gəmidə 10 ekipaj üzvü olub.

Hadisənin səbəbləri hələlik dəqiqləşdirilməyib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts