Gələn il dünyada neftə gündəlik tələbat 100 milyon barelə çatacaq

Tokio, 29 dekabr, /AJMEDIA/

2022-ci ildə bir barel neftin 65-80 dollara satışı Rusiya üçün məqbuldur.

AJMEDIA xəbər verir ki, bu fikri Rusiya Baş nazirinin müavini Aleksandr Novak “RBK” kanalına müsahibəsində bildirib. O qeyd edib ki, Rusiyanın 2022-ci il büdcəsində bir barel neftin qiyməti 44,2 dollar məbləğində nəzərdə tutulub. Gələn il neftə tələbatın daha 4 milyon barel artacağını ehtimal edən A.Novak pandemiyanın davam etməsinə baxmayaraq, neft istehlakının artdığını vurğulayıb.

Rusiya 2030-cu ilin sonlarına kimi neft hasilatını 550-560 milyon ton həcmində saxlayacaq. A.Novakın fikrincə, gələn il dünyada neftə gündəlik tələbat 100 milyon barelə çatacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts