Fransanın İrandakı səfirinə etiraz notası təqdim olunub

Tokio, 1 dekabr , /AJMEDIA/

Fransanın İrandakı səfiri Nikolya Roşa Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim olunub.
AJMEDIA xəbər verir ki, Böyük Britaniya, Almaniya, Avstriya, Portuqaliya, İsveç, İsveçrə səfirlərinin ardınca Fransa səfirinə İran tərəfi etiraz bildirib. Fransa da digər Avropa dövlətləri kimi, İranda baş verən kütləvi aksiyalar zamanı insanlara qarşı təhlükəsizlik qüvvələrinin qəddar davranışını qınayıb və insan hüquqlarının kobudluqla pozulduğunu bildirib. Bununla yanaşı, Fransa senatı insan hüquqları ilə əlaqədar İrana qarşı qərar qəbul edib.
Səfirin diqqətinə çatdırılıb ki, senatın bu qərarı İranın daxili işlərinə qarışmaqdır. Səfir İranın etirazının dərhal öz hökumətinə çatdıracağını bildirib.
Nəzərə çatdıraq ki, Tehranın əxlaq polisinin 22 yaşlı Məsiha Əminiyə baş örtüyünü düzgün örtmədiyinə görə zorakılıq tətbiq etməsi və nəticədə qızın ölməsi İranda kütləvi etirazlara səbəb olub. Artıq 4-cü aydır ki, İranın böyük şəhərlərinə etirazlar səngimir. Təhlükəsizlik qüvvələrinin aksiyalara müdaxiləsi nəticəsində 400-dən çox adam həlak olub və minlərlə həbs olunan var. İran hökumətinin qəddarlığı dünya birliyi tərəfindən birmənalı qarşılanmayıb. İranın davranışlarını tənqid edən dövlətlərin səfirləri Xarici İşlər Nazirliyinə çağırılır və etiraz bildirilir. Bu günə kimi Avropa dövlətlərinin yarıdan çoxunun səfirinə etiraz notası təqdim olunub.
Bu gedişlə İran hökuməti ölkədə akkreditə olunan bütün diplomatik nümayəndələrə etiraz notası verəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts