Fransa səfiri Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb

Tokio, 30 Oktyabr, /AJMEDIA/

Fransanın Böyük Britaniyadakı səfiri Katerina Kolonna bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

AJMEDIA xəbər verir ki, buna səbəb Brexitdən sonra iki ölkə arasında dərinləşən balıqçılıq hüququ ilə bağlı mübahisə olub.

Britaniyanın və Manş adalarının ən böyüyü Cersi adasının bir çox fransız gəmisinə balıqçılıq icazəsi verməməsi Fransa ilə Birləşmiş Krallıq arasında gərginlik yaradıb. Fransa hesab edir ki, balıqçı gəmilərinə lisenziya verilməməsi Brexit sazişini pozur.

Cümə axşamı ingilis balıqçı gəmisi Fransa tərəfindən ələ keçirilib. Le Havre yaxınlığındakı yoxlamalar zamanı başqa bir qayıq cərimələnib. Fransa rəsmiləri saxlanılan gəminin lisenziyasının olmadığını bildiriblər.

Bununla belə, Britaniyanın ekologiya naziri Corc Eustis sözügedən qayığa Avropa İttifaqının lisenziya verdiyini söyləyib. Britaniya hökumətinin sözçüsü isə Fransanın atdığı addımların ədalətsiz olduğunu və beynəlxalq hüquqa uyğun olmadığını deyib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts