Filippində avtomobilin dərəyə aşması 15 nəfərin ölümünə səbəb olub

Tokio, 22 fevral , /AJMEDIA/

Filippinin Neqros Orinetal vilayətində fermer təsərrüfatının işçilərini daşıyan yük avtomobilinin dərəyə aşması nəticəsində 15 nəfər ölüb, 2 nəfər ağır xəsarət alıb.

AJMEDIA Filippin mediasına istinadla xəbər verir ki, hadisə Mabinay qəsəbəsi ərazisində günorta saatlarında baş verib. Polisin məlumatına əsasən sürücünün idarəetməni itirməsi nəticəsində yük avtomobili aşaraq, təxminən 50 metr dərinlikdəki dərəyə düşüb.

Sosial şəbəkələrdə yayılan videolarda qəza yerinə səpələnmiş meyitlər görünür.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts