Filarmoniyada Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olacaq

Tokio, 21 yanvar , /AJMEDIA/

Fevralın 10-da Mədəniyyət Nazirliyinin dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti təşkil olunacaq.
AJMEDIA xəbər verir ki, bədii rəhbər və baş dirijor, Xalq artisti Rauf Abdullayevin rəhbərliyi altında (solist Günel Kazımova – piano) təşkil olunan konsert proqramında dünya klassik bəstəkarlarının əsərlərindən nümunələr səsləndiriləcək.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts