“Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” mövzusunda III beynəlxalq konfransa məruzə qəbulu aparılır

Tokio, 23 iyul , /AJMEDIA/

“Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” mövzusunda III beynəlxalq elmi konfransa məruzə qəbulu davam edir.
Bu barədə AJMEDIA-ya AMEA-nın Elm Tarixi İnstitutundan məlumat verilib. Bildirilib ki, institutun təşkilatçılığı ilə keçiriləcək konfransa məqalə və tezislər sentyabrın 5-dək qəbul edilir. Beynəlxalq elmi konfransda iştirak etmək istəyənlər məqalə və tezisləri Azərbaycan, türk, rus və ingilis dillərində [email protected] ünvanına göndərə bilərlər.
Konfransa texniki elmlərin və mühəndislik fəaliyyətinin tarixi və metodologiyası, elm və texnika abidələri, tarixşünaslıq və mənbəşünaslıq, müasir dövrdə elmi diplomatiyanın rolu, elm tarixində bioqrafik tədqiqatlar, postsovet məkanında beyin axını və mobillik, elm tarixində qadınların rolu, elmlər akademiyalarının və elmi müəssisələrin tarixi, təbiət və dəqiq elmlər tarixi, elmmetrik tədqiqatlar, elmin sosioloji problemləri, yeni elmi istiqamətlərin sosial tədqiqi və intellektual elitaların formalaşma mexanizmi, elm və təhsildə innovativ proseslər istiqamətləri üzrə məruzələr qəbul olunur.
Beynəlxalq konfransda respublikanın ali təhsil və elmi-tədqiqat müəssisələrinin əməkdaşları, o cümlədən xarici ölkələrin alim və mütəxəssisləri iştirak edə bilərlər.
Xatırladaq ki, “Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” mövzusunda III beynəlxalq elmi konfrans oktyabrın 14-də keçiriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts