“Dubay Ekspo 2020” ümumdünya sərgisinin bağlanış mərasimi olub

Tokio, 2 aprel , /AJMEDIA/

“Düşüncələri birləşdirək, daha yaxşı gələcək quraq” (Connecting Minds, Creating the Future) mövzusunda keçirilən “Dubay Ekspo 2020” ümumdünya sərgisinin rəngarəng bağlanış mərasimi olub.

AJMEDIA AZƏRTAC-a istinadla xəbər verir ki, 7 milyard dollara başa gəlmiş və səhrada qurulmuş möhtəşəm sərgi şəhərciyindəki “Əl Vəsl Plaza” meydanında keçirilən tədbirdə Kristina Aquileyra, Nora Cons, skripkaçı Yo-Yo Ma kimi dünya ulduzları çıxış ediblər. Konsertin sonunda atəşfəşanlıq olub.

Pandemiya şəraitinə rəğmən bu mühüm dünya sərgisindəki 192 ölkənin pavilyonunu 23 milyondan çox insan ziyarət edib. Heydər Əliyev Mərkəzinin təşkil etdiyi Azərbaycan pavilyonun ən çox ziyarətçi axını olan məkanlardan biri olub. “Dubay Ekspo 2020” sərgisi çərçivəsində ötən il noyabrın 11-də Azərbaycan Milli Günü qeyd edilib, həmçinin pavilyonumuzda ölkəmizin tarixi, mədəniyyəti və müasir inkişafını əks etdirən müxtəlif tədbirlər təşkil olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts