Dubay-Brisben reysi ilə uçan təyyarənin şassi hissəsində partlayış baş verib

Tokio, 3 iyul , /AJMEDIA/

“Emirates” aviaşirkətinə məxsus Dubay-Brisben reysi ilə uçan təyyarənin şassi hissəsində baş vermiş partlayışdan sonra pilotlar “Airbus A-380” laynerini yerə endirə biliblər. Xoşbəxtlikdən yanğın baş verməyib.
AJMEDIA xəbər verir ki, havada baş vermiş partlayış nəticəsində təyyarənin aerodinamik hissəsindəki örtüyü və eksteryeri zədələnib. Brisben aeroportunun rəsmisi bildirib ki, yerə enən təyyarənin sol tərəfində böyük deşik yaranıb. “Emirates” aviaşirkətinin nümayəndəsi jurnalistlərə sərnişinlərin və təyyarə ekipajının təhlükəsiz şəraitdə layneri tərk etdiyini deyib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts