Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahanda uğur qazanmış namizədlərin nəzərinə

Tokio, 12 oktyabr , /AJMEDIA/

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə sentyabrın 11-də keçirilmiş test imtahanında uğur qazanmış namizədlərin sertifikatlarının verilməsinə başlanılıb.
Bu barədə AJMEDIA-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, namizədlər sertifikatlarını şəxsiyyəti təsdiqləyən sənədi təqdim etməklə Mərkəzin Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasından və ya DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Göyçay, Şəmkir, Şirvan, Bərdə və Xaçmaz regional bölmələrindən ərizə ilə müraciət etdikdən sonra növbəti həftə ərzində əldə edə bilərlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts