Çinin CNOOC neft şirkəti bir sıra xarici ölkələrdə fəaliyyətini dayandıracaq

Tokio, 14 aprel , /AJMEDIA/

Çinin CNOOC neft şirkətinin bir sıra xarici ölkələrdə, o cümlədən ABŞ, Kanada və Böyük Britaniyada yerləşən fabrikləri fəaliyyətini dayandıracaq.

AJMEDIA “Reuters”ə istinadla bildirir ki, bu barədə şirkətin nümayəndələri məlumat veriblər.

Qeyd edilib ki, CNOOC Şanxay Fond Birjasına girməzdən əvvəl qlobal araşdırmaya başlayıb. Əsas məqsəd keçən il şirkətin səhmlərinin ABŞ-da ticarətdən çıxarılmasından sonra alternativ maliyyə vəsaiti cəlb etmək olub.

Şirkət nümayəndələri, həmçinin xaricdə yerləşən və idarə edilməsi çətin olan aktivləri də müəyyənləşdiriblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts