Çin donanmasının gəmisi Yaponiyanın ərazi sularına daxil oldu

Tokio, 12 fevral , /AJMEDIA/

Yaponiya hökuməti Çin dəniz müşahidə gəmisinin Yaponiyanın cənub ərazi sularına daxil olduğunu açıqlayıb.

AJMEDIA xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, Yakuşima adasının cənub-qərbindən keçən Çin donanmasına aid gəmi ölkənin ərazi sularında üzüb.

Donanmanın müşahidə gəmisi xəbərdarlıqlardan sonra ərazini tərk edib.

Yaponiya hökuməti diplomatik kanallar vasitəsilə sözügedən pozuntu ilə bağlı Çin hökumətinə öz narahatlığını bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts