Cənubi Koreyada matəm elan edilib

Tokio, 30 oktyabr , /AJMEDIA/

Cənubi Koreya Prezidenti Yun Sok Yol paytaxt Seulun mərkəzində baş verən, çoxsaylı insan ölümü ilə nəticələnən izdihamla əlaqədar milli matəm elan edib.
AJMEDIA “Yonhap” agentliyinə istinadən xəbər verir ki, Seulun mərkəzində Hellouin bayramının qeyd edilməsi zamanı yaranan izdihamda azı 151 nəfər həlak olub, 19-u əcnəbi olmaqla daha 82 nəfər xəstəxanaya yerləşdirilib. Yaralananlardan 19 nəfərin vəziyyəti isə ağırdır.
Məlumata görə, ölənlər arasında iki əcnəbi də var. Onların milliyyəti barədə məlumat verilmir.
Polis şənbə günü İtavon rayonundakı şənliklərə təxminən 100 000 insanın qatıldığını təxmin edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts