Cənubi Koreya maye qaz ehtiyatlarının bir hissəsini Avropaya yönəldəcək

Tokio, 28 aprel , /AJMEDIA/

Cənubi Koreya hökuməti Ukrayna ətrafında vəziyyətlə bağlı enerji daşıyıcılarında yaranan qıtlıq səbəbindən daxili tələbat üçün tədarük olunacaq maye qaz ehtiyatlarının bir hissəsini Avropaya yönəltmək qərarına gəlib.
AJMEDIA KBS telekanalına istinadla xəbər verir ki, Koreya Respublikasının Ticarət, Sənaye və Energetika Nazirliyi qış mövsümü arxada qaldığı üçün bu məsələdə Avropaya yardımın mümkün olduğunu hesab edir. Qurumun məlumatına görə, Avropaya yönəldiləcək qazın həcmi daxili tələbata və mavi yanacağın qiymətlərinə təsir göstərməyəcək həddə olmalıdır. Bununla yanaşı, Seul yardım üçün veriləcək enerji resurslarının həcmini və vaxtını açıqlamayıb.
Qeyd edək ki, fevral ayında Seul Vaşinqtonun analoji tələbini rədd etmişdi.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts