Cənubi Koreya bu il 20 milyard dollarlıq silah ixracını hədəfləyir

Tokio, 17 aprel , /AJMEDIA/

Cənubi Koreyanın hakimiyyət orqanları 2023-cü ildə 20 milyard dollarlıq silah ixracatına nail olmaq üçün hərbi-sənaye kompleksi kompaniyalarına yardım etmək niyyətindədir.
AJMEDIA Yonhap agentliyinə istinadla xəbər verir ki, bu barədə Koreya Respublikasının müdafiə naziri Li Çjon Sop hərbi sənaye kompleksi kompaniyalarının rəhbərləri ilə görüşündə deyib.
Koreya müdafiə kompaniyaları assosiasiyasının sədri Kim Yu Çjin isə öz növbəsində hərbi sənayesinin inkişafı üçün ölkədə istehsal olunan müxtəlif silah sistemlərinin ixrac edilməsinin zəruriliyini bildirib. Onun sözlərinə görə, burada təkcə korporasiyalar deyil, dövlət orqanları da mühüm rol oynamalıdır.
Qeyd edək ki, 2022-ci ildə tank, haubitsa və təyyarələrin tədarükü barədə Polşa ilə imzalanan böyük müqavilə fonunda Cənubi Koreyanın silah ixracatı rekord həcmə – 17,3 milyard dollara çatıb. Seul 2027-ci ildə dünyada dördüncü silah ixracatçısı olmağı və silah bazarının 5 faizini əldə etməyi hədəfləyir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts