Budapeşt Avropa İttifaqı rəhbərliyində dəyişikliklərin tərəfdarıdır

Tokio, 22 fevral , /AJMEDIA/

Macarıstanın Avropa İttifaqına (Aİ) sədrliyi ərəfəsində bu ölkənin Baş naziri Viktor Orban bir sıra bəyanatlar səsləndirib. Məlum olub ki, Macarıstan Hökumətinin başçısı Avropa İttifaqının rəhbərliyindəki dəyişikliklərin tərəfdarıdır.

AJMEDIA xəbər verir ki, V.Orban 2024-cü ilin planlarına həsr olunmuş çıxışı zamanı deyib: “Brüssel avropalıların həyatını taleyin ümidinə buraxıb. Bir tərəfdən Brüsselin siyasəti, digər tərəfdən isə avropalıların maraqları və iradəsi arasında heç vaxt bu qədər uçurum yaranmayıb”. Orbanın fikrincə, Avropa İttifaqının rəhbərliyində dəyişikliklərin edilməsi zəruridir. Bu, yalnız məqsədyönlü tədbirlər nəticəsində baş verə bilər.

“Brüsseldə bu dəyişikliklər olmalıdır ki, brüsellilər arasında heç olmazsa, bir neçə avropalı da olsun”, – deyə Orban fikrini şərh edib.

O, habelə Avropanı yenidən “qüdrətli etməyə” səsləyib. Çoxları isə bu ifadəni ABŞ-ın keçmiş Prezidenti Donald Trampın məşhur “Amerikanı yenidən qüdrətli edək” şüarına bənzədiblər.

Xatırladaq ki, Aİ Şurasına yarımillik sədrlik hüququ rotasiya ilə üzv-dövlətlərə verilir. İyun ayında Belçika sədrliyi Macarıstana təhvil verəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts