Bu gün müəllimlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi başa çatır

Tokio, 19 sentyabr , /AJMEDIA/

Bu gün müəllimlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi başa çatır.
Elm və Təhsil Nazirliyindən AJMEDIA-ya bildirilib ki, təhsilverənlərin müsahibə nəticələri gündəlik olaraq emal edilir. Emalı başa çatmış müsahibə nəticələri ilə bağlı məlumat müəllimlərin şəxsi kabinetlərinə mərhələli şəkildə göndərilir.
Qeyd edək ki, müsahibə zamanı müəllimlər müvafiq komissiya tərəfindən proqram üzrə mövzunu təqdimetmə, təhsilalanları qiymətləndirmə, özünü təqdimetmə, pedaqoji prosesi təşkiletmə və ünsiyyət bacarığı meyarları üzrə qiymətləndirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts