Bu gün COVID-19 əleyhinə 31 min dozadan çox peyvənd vurulub

Tokio, 10 dekabr, /AJMEDIA/

Dekabrın 10-da Azərbaycanda 31 min155 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

AJMEDIA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 441, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 862 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 23 min 852 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 837 min 528, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 114 min 379, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 609 min 478 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 113 min 671 nəfər təşkil edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts