Böyük Britaniyanın Baş naziri Boris Conson Yaponiyaya səfərini təxirə salıb

Tokio, 31 yanvar, /AJMEDIA/

Böyük Britaniyanın Baş naziri Boris Conson Yaponiyaya planlaşdırılan səfərini təxirə salıb.

AJMEDIA xəbər verir ki, bu barədə yanvarın 31-də Kyodo agentliyi məlumat yayıb. Agentliyin hökumətdəki mənbələrə istinadla yaydığı məlumatda bildirilir ki, B.Consonun fevralın ortalarına planlaşdırılan səfəri Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar təxirə salınıb.

Qeyd edək ki, Böyük Britaniyanın Baş nazirinin Yaponiyaya planlaşdırılan səfəri barədə rəsmi məlumat verilməsə də, Yaponiyanın NHK telekanalı bu barədə xəbər yayıb. Bildirilib ki, B.Consonun səfəri çərçivəsində Baş nazir Fumio Kişida ilə görüşün təşkili və bir sıra beynəlxalq və regional məsələlərin müzakirəsi gözlənilir.

Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno yanvarın 31-də keçirilən mətbuat konfransı zamanı məsələ ilə bağlı jurnalistlərin sualını cavablandıraraq deyib ki, hazırda Böyük Britaniyanın Baş nazirinin Yaponiyaya səfərinin razılaşdırılması ilə əlaqədar müzakirələrin aparılması barədə məlumat həqiqətəuyğun deyil.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts